Image default
DÜNYA HADİSƏ / CİNAYƏT

Dünyanın ƏN TƏHLÜKƏLİ şəxsi saxlanıldı – FOTO

Kolumbiyada tarixin ən nəhəng narkotacirlərindən biri, Pablo Eskobardan sonra ən çox axtarılan və daha təhlükəli hesab olunan narkobaron “Otoniel” ləqəbli Dairo Antonio Usuqa xüsusi əməliyyatla saxlanılıb.

Ölkənin şimal-qərbindəki Necocli qəsəbəsində “Osiris” adlı əməliyyatda əli qandallanan “Clan del Golfo” təşkilatının rəhbəri Otoniel xüsusi təhlükəsizlik tədbirləri altında əsgərlər tərəfindən helikopterlə aparılıb.

Bildirilir ki, Usuqa dünyanın ən qorxulu narkotik alverçisidir. O, polisin, əsgərlərin, ictimai liderlərin qatili və eyni zamanda gənclərin silah altına alınmasının səbəbkarı hesab olunur. ABŞ tərəfindən dünyanın ən təhlükəli narkotik alverçilərindən biri olaraq göstərilən Otoniel bu ölkəyə tonlarla kokain göndərməkdə də günahlandırılır. O, 2012-ci ildə əməliyyatda təhlükəsizlik qüvvələri tərəfindən öldürülən qardaşı Juan de Diosu əvəz edərək kriminal təşkilatın başına keçib.

Qeyd olunub ki, Otoniel onlarla qətl, adam oğurluğu, cinayət təşkilatı yaratmaq, narkotik ticarəti kimi 120 cinayətə görə mühakimə olunacaq.

Uzun müddət axtarışda olan Usuqanın tutulması üçün 800 min dollar mükafat təklif edilmişdi.

Kateqoriya üzrə digər xəbərlər

Sumqayıt sakini Biləsuvarda “patı” ilə saxlanıldı

Admin

Lənkəranda narkotik satan yeddi nəfər saxlanılıb – FOTO

Admin

Bakıda dəhşət – piyada avtomobillərin arasında qaldı, komaya düşdü

Admin

Mikroavtobusla minik avtomobili toqquşub: Ölən və xəsarət alanlar var – FOTO

Admin

Azərbaycanda cinayətkar dəstənin 27 üzvü tutuldu – FOTO/VİDEO

Admin

Tramp: “Siyasətçi deyiləm” – FOTO

Admin

Şərh yazın