Image default
TEXNOLOGİYA

Dünyada tapılmayan yeni noutbuklar artıq Bakıda! – FOTO

NVIDIA RTX3050” və “RTX3050T”i videokartların dünya təqdimatı… 

Kompüter oyunları həvəskarlarına şad xəbər! “NVIDIA” şirkəti nəhayət ki, may ayının 11-də oyun noutbukları üçün RTX 30 seriyalı video kartlardan sonuncuların – “NVIDIA GEFORCE RTX3050” və “RTX3050T”i versiyalarının dünya üzrə təqdimatını keçirdi. Həmin videokartlarla kompüter oyunçuları oyunlar zamanı daha yüksək performans, yeni təəssüratlar və geniş imkanlardan faydalana biləcəklər.

Təqdimatı keçirilən yeni “RTX 3050” və “3050T”i videokartları ilə oyun noutbuklarını bazara təqdim edən ilk brendlərdən biri də məhz ASUS oldu. Adətən rəsmi təqdimatdan sonra, ən yeni modellər dünyada ABŞ, Çin, Rusiya kimi böyük bazarlarda ilk olaraq satışa çıxarılır. Amma 23 il kompüter avadanlığı bazarında uğurlu fəaliyyət göstərən “Aztech” şirkətinin (www.aztech.az) nüfuzu və səyləri nəticəsində, bu dəfə elə dünya təqdimatı keçiriləndən dərhal sonra, yəni elə mayın 11-də Bakıda da yeni “RTX 3050” və “RTX 3050T”i ilə ASUS oyun noutbukları satışa çıxarıldı. 2021-ci ildə təqdimatı olmuş yeni RTX seriyasına məxsus “RTX3050”, “RTX3050T”i, “RTX3060”, “RTX3070”, “RTX3080” videokartlarla oyun noutbukları geniş çeşiddə “Aztech” şirkətinə məxsus “ASUS Brand Store”da hal-hazırda satışdadır. Çünki, MDB məkanında ancaq Azərbaycan və Rusiyada ASUS brendinə məxsus rəsmi mağazalar fəaliyyət göstərirlər.

“ASUS Brand Store”da hər büdcəyə və zövqə uyğun ən son “RTX3050”, “RTX3050T”i, “RTX3060”, “RTX3070”, “RTX3080” seriyalı videokartlarla geniş çeşiddə müxtəlif oyun noutbuklarını seçə bilərsiniz. Yeni videokartlı məhsullarla daha yaxından tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz: https://aztech.az/product-category/noutbuklarin-satishi-kompyuterlerin-satisi/gaming_az/

 

Bizimlə əlaqə

Kateqoriya üzrə digər xəbərlər

“Messenger”-dən növbəti yenilik

Admin

Bu batareya ilə şarjınız bitməz!

Admin

Ekranarxası ön kameralı il telefon olan “ZTE Axon 20 5G”nin şəkilləri paylaşıldı

Admin

DİN-dən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT: yüksək əmək haqqı müqabilində…

Admin

Wings for Life World Run nədir?

Admin

“Bravo”dan vatsapda yayılan mesajla bağlı əhaliyə XƏBƏRDARLIQ

Admin

Şərh yazın