Image default
HƏRBİ

DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək – ÖZƏL

İyun ayının 16-da saat 16:40 radələrində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları – baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğluna şəhid statusu veriləcək.

Bununla bağlı Dövlət Sərhəd Xidmətindən (DSX)  sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, iyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.  Sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında MAZ markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Xatırladaq ki, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçulara şəhidlik statusu verilir.

Kateqoriya üzrə digər xəbərlər

Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu

Admin

Türkiyədəki təhsilini yarımçıq qoydu, Vətən müharibəsinin igidlərindən oldu – FOTO

Admin

Hazırda Ermənistanda əsir-girovluqda saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Admin

Daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO

Admin

Azərbaycanlılara qarşı xüsusi qəddarlıq edən erməni cəllad tutulub – RƏSMİ

Admin

Vətən Müharibəsinin iki dost, iki sirdaş qaziləri – VİDEOREPORTAJ

Admin

Şərh yazın