Image default
HADİSƏ / CİNAYƏT

DSMF-nin rüşvət alan vəzifəli şəxslərinə hökm oxundu

Şəki Apelyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş Rayon Şöbəsinin vəzifəli şəxsləri – Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Məharət Əhmədov və Qaraş Şahmuradovun hər birinə 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Nigar Həsənova isə 4 il müddətinə azadlıqdan məhrum edilib və 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Ağdaş Rayon Şöbəsində aztəminatlı ailələrə sosial yardımın verilməsi üçün rüşvət tələb edilməsi barədə daxil olan məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Mərkəzin vəzifəli şəxsləri Məharət Əhmədov, Qaraş Şahmuradov və Nigar Həsənovaya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə ittiham verilib.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda vəzifəli şəxs bıçaqlandı

Admin

Xırdalanda partlayış nəticəsində dağıntılar altında qalan azyaşlının meyiti tapıldı – YENİLƏNİB + VİDEO

Admin

Bakıda qardaşını bıçaqlayıb öldürən şəxs tutuldu

Admin

Bakıda quldurluq edən şəxslər ələ keçdi

Admin

Heydər Əliyev prosketində dəhşətli cinayət – Amansızlıqla öldürdülər

Admin

Xanımı ona şiddət göstərən azərbaycanlı müğənnini polisə verdi: “Danışsam, o insanın üzünə belə baxmaz kimsə”

Admin

Şərh yazın