Image default
HƏRBİ

Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

İyulun 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Kateqoriya üzrə digər xəbərlər

Qazimiz 21 gündən sonra KOMADAN AYILDI – FOTO

Admin

Ermənilər Tərtərdə mülki əhalini atəşə tutdu: Ölənlər və yaralananlar var

Admin

Azərbaycan ordusunun şəhid polkovnik-leytenantı dəfn edildi – FOTO

Admin

Vətən Müharibəsi qazisi vəfat etdi – FOTO

Admin

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub – RƏSMİ

Admin

Rus əsgərləri Zəngəzura yerləşdi, səfir gəldi – FOTO

Admin

Şərh yazın