Image default
AZƏRBAYCAN

DİN-dən polisin fəaliyyətinə müdaxilə edənlərə XƏBƏRDARLIQ

“Polisin fəaliyyətinə müdaxilə “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.

Bu barədə sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qanunla səlahiyyət verilən şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir:

“Bununla bağlı “Polis haqqında” Qanunun 8-ci maddəsində hüquq norması var. Həmin normaya görə, polisin fəaliyyətinə qanunsuz müdaxilə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur.

Polisin fəaliyyətinə müdaxilə əməlin, yaxud hərəkətin tərkib əlamətinə görə, intizam, inzibati və cinayət məsuliyyəti yarada bilər. Əgər hansısa vətəndaş polisin fəaliyyəti ilə bağlı qarşılaşdığı, başqa sözlə, neqativ zənn etdiyi halla rastlaşarsa, bununla bağlı Daxili İşlər Nazirliyinə şikayət edə bilər. Daxil olan bütün şikayətlərə operativ reaksiya verilir, təfərrüatı tam və hərtərəfli yoxlanılır”.

Kateqoriya üzrə digər xəbərlər

Hakerlərimiz erməni İŞİD-çilərin siyahısını ələ keçirdi

Admin

Çimərliklərdə nəzarət tədbirləri davam edir

Admin

Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

Admin

Eldar Həsənovun həbs qətimkan müddəti uzadılıb

Admin

Milli Məclisin gündəliyinə daha iki məsələ əlavə edildi

Admin

Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı

Admin

Şərh yazın