Image default
AZƏRBAYCAN

DİM-dən kollecə qəbul olanlara MÜRACİƏT

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlara müraciət edib.

DİM-dən verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 10-dən 23-dək portal.edu.az platforması vasitəsilə aparılacaq.

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada həyata keçirilir. Qəbul olunmuş şəxslər 2021-ci il sentyabrın 10-dən 23-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Qeyd edək ki, boş qalan plan yerlərinə ixtisas seçimi qeydiyyat prosesi başa çatandan sonra aparılacaq.

Kateqoriya üzrə digər xəbərlər

İrek Zinnurov: “Bakını sevməsəydim buraya gəlməyə razı olmazdım”

Admin

DİN-dən Fuad Qəhrəmanlı ilə bağlı AÇIQLAMA

Admin

İlham Əliyev sərəncam imzaladı

Admin

Akar Bakıya gəlir

Admin

Ceyhun Bayramov pakistanlı generalla müzakirə apardı – FOTO

Admin

İlham Əliyev Xalq artistinə mənzil bağışladı

Admin

Şərh yazın