Image default
AZƏRBAYCAN

Deputata yeni vəzifə verildi – RƏSMİ + FOTO

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 17 iyun 2021-ci il tarixli iclasının qərarı ilə Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi təsis edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin eyni tarixli sərəncamı ilə Təlim Mərkəzinin Əsasnaməsi təsdiq edilib.

Təlim Mərkəzinin rəhbəri vəzifəsinə ictimai əsaslarla Elmi-Məsləhət Şurasının üzvü, Milli Məclisinin deputatı Kamal Cəfərov təyin edilib:

“Dövlət qulluğunda çalışan əməkdaşların peşəkarlığının artırılması, fəaliyyətlərində innovativ metodların tətbiqi məqsədilə cari il sentyabrın 10-da Anti-korrupsiya Təlim Mərkəzi və Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün “Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” adlı təlim keçirilib.

Tədbirdə iştirak edən Kamal Cəfərov dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunun formalaşdırılması, innovativ metodların tətbiqi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması kimi mühüm məsələlər üzrə dinləyicilərə ətraflı məlumat vermiş, eləcə də dövlət orqanlarının və dövlət qulluqçularının nüfuzunun artırılması və möhkəmləndirilməsi, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi məqsədi ilə tövsiyələrini təqdim edib”.

 

Kateqoriya üzrə digər xəbərlər

Hacıqabulda ev yandı

Admin

Milli Məclisdə yeni işçi qrupu yaradılır

Admin

Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır – CANLI YAYIM

Admin

Deputatlar bu məsələləri müzakirə edəcək

Admin

Azərbaycanda daha bir alim vəfat etdi – FOTO

Admin

Ərdoğan Qarabağ üçün nazirləri toplayır

Admin

Şərh yazın