Image default
SƏHİYYƏ

Delta ştammına yoluxanlarda hansı əlamətlər olur? – VİDEO

Delta ştammına yoluxan şəxslərdə xəstəlik özünü 3-5 gün ərzində büruzə verir”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, “Delta” ştammına yoluxan şəxslərdə daha çox burun axması müşahidə olunur:

“Əgər 100 min adam koronavirusa yoluxubsa, onların hamısında “Delta” ştammının olub-olmamasını müəyyənləşdirməyin mənası yoxdur. Çünki bu ştamm ölkədə aşkarlanıbsa, demək müraciət edənlərin böyük əksəriyyətində “Delta” ştammıdır. Bu ştamma qat-qat yumşalmış vəziyyətdə rast gəlinir. Gözdən yaş axır, dad və iybilmə çox az hallarda itir. Noyabr-dekabrda müşahidə etidiyimizdən fərqli olan isə daha çox burun axması və boğaz ağrısıdır. Qızdırma isə 37.4-37.5 dərəcə arasında olur. Müəyyən qədər ishal prosesi də olur və xəstəliyin özünü büruzə vermək müddəti iki dəfə qısalıb. Əgər adi koronavirusa yoluxma 2-21 gün ərzində müşahidə olunurdusa, bu ştamm 3-5 gün ərzində özünü göstərir və yeddi dəfə daha sürətli yayılır. Lakin artıq dünyanın bir çox ölkəsində vaksinasiya tətbiq olunub. Onun necə yayılacağı böyük sual altındadır”.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda son sutkada 13 nəfər koronavirusdan ölüb – FOTO

Admin

Koronavirusla bağlı SON STATİSTİKA

Admin

Sumqayıtda daha bir müəllim koronavirusdan dünyasını dəyişdi – FOTO

Admin

Baş həkim: “Hansısa xəstənin müalicə və müayinəsində qaranlıq məqam qala bilməz”

Admin

Cəlilabadda koronavirus xəstəsi ət satışı məntəqəsində tutuldu və…

Admin

Baş infeksionistdən ƏHALİYƏ MÜRACİƏT: TƏHLÜKƏLİDİR

Admin

Şərh yazın