Image default
AZƏRBAYCAN

Ceyhun Bayramov xorvatiyalı həmkarı ilə görüşdü

Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Naziri məlumat yayıb.

Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdə onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. Həmçinin nazir Azərbaycan və Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.

Nazir Qordan Grliç Radman Xorvatiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəklədiyini qeyd edib. O, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın fəaliyyətinə istinad edərək iqtisadi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

Azərbaycanın Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kateqoriya üzrə digər xəbərlər

İlham Əliyev şəhid generalımız və polkovnikimizin ailələrinə başsağlığı verdi – YENİLƏNİB + FOTO/VİDEO

Admin

Kamran Əliyev Nizami Xudiyevin oğlunu işdən çıxardı

Admin

Xarici ölkələrdə yaşayan azərbaycanlıların BƏYANATI

Admin

İstanbulda Televiziya və Radio Qülləsi üçrəngli bayrağımızın rənglərinə büründü – FOTO

Admin

Azərbaycanda enerji içkiləri satan şirkətlərə qarşı iş qaldırıldı: Qanunvericilik pozulub

Admin

Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum oldu

Admin

Şərh yazın