Image default
İDMAN

Çempionlar Liqasında üç komanda pley-offa vaxtından əvvəl vəsiqə qazana bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun görüşləri keçiriləcək.

Bayern”, “Zalsburq” və “Yuventus” qalib gələcəyi halda, pley-offa vəsiqəni iki tur öncədən təmin etmiş olacaq.

Günün matçı kimi İtaliyanın Berqamo şəhərində keçiriləcək “Atalanta” – “Mançester Yunayted” matçını göstərmək olar. Mançesterdə baş tutmuş ilk görüşdə meydan sahibləri 3:2 hesabı ilə əzmkar qələbə qazanmaqla qrupda liderliyi ələ almışdı. İndi “Atalanta”nın öz meydanında revanş almaqla liderliyi özünə qaytarmaq imkanı var.

Ancaq bu görüşə “Atalanta” itkilərlə çıxacaq. Berat Cimsiti, Robin Qozens, Hans Hatebur və Matteo Pessina zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə isveçli mərkəz müdafiəçisi Viktor Lindelöfün oynamayacağı dəqiqdir. Fransalı Antoni Marsyalın meydana çıxması isə sual altındadır.

Çempionlar Liqası

E qrupu

00:00 “Dinamo” (Ukrayna) – “Barselona” (İspaniya)

00:00 “Bayern” (Almaniya) – “Benfika” (Portuqaliya)

Xal durumu

1. “Bayern” – 9

2. “Benfika” – 4

3. “Barselona” – 3

4. “Dinamo” – 1

 

F qrupu

00:00 “Vilyareal” (İspaniya) – “Yanq Boyz” (İsveçrə)

00:00 “Atalanta” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə)

Xal durumu

1. “Mançester Yunayted” – 6

2. “Atalanta” – 4

3. “Vilyareal” – 4

4. “Yanq Boyz” – 3

 

G qrupu

21:45 “Volfsburq” (Almaniya) – “Zalsburq” (Avstriya)

00:00 “Sevilya” (İspaniya) – “Lill” (Fransa)

Xal durumu

1. “Zalsburq” – 7

2. “Sevilya” – 3

3. “Lill” – 2

4. “Volfsburq” – 2

 

H qrupu

21:45 “Malmö” (İsveç) – “Çelsi” (İngiltərə)

00:00 “Yuventus” (İtaliya) – “Zenit” (Rusiya)

Xal durumu

1. “Yuventus” – 9

2. “Çelsi” – 6

3. “Zenit” – 3

4. “Malmö” – 0

 

Kateqoriya üzrə digər xəbərlər

UEFA-dan yeni qərar: Pivə şüşələri masadan yığışdırılacaq

Admin

Teymur Rəcəbovun son yarışdan qazancı nə oldu? – FOTO

Admin

“Liverpul” Ramosu transfer etmək istəyir

Admin

Rəqib futbolçunu vuran Neymarın cəzası məlum oldu

Admin

“Səbail”in futbolçusu “Real Madrid”ə keçidinin təfərrüatlarını açıqladı

Admin

Böyük Dəbilqə: Yeddi idmançımız mübarizəyə başlayır

Admin

Şərh yazın