Image default
AZƏRBAYCAN

Bu gün ilin ilk Ay tutulması olacaq

Mayın 26-da 2021-ci ilin ilk Ay tutulması hadisəsi baş verəcək.

Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu tutulma tam Ay tutulması olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, Ay tutulması saat 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq.

Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

Kateqoriya üzrə digər xəbərlər

Hüseynbala Mirələmovun vəzifəsi xanıma həvalə olundu

Admin

İlham Əliyev: “Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən açıqlamalar bizə çox böyük siyasi dəstək oldu”

Admin

Zahid Oruc: “Siyasi vəzifə tutan nazirlər and içsinlər”

Admin

Rusiyanın Baş prokuroru Kamran Əliyevə zəng vurdu

Admin

Ermənistan Azərbaycana vurduğu ziyanı ərazisi ilə ödəsin – YENİ TƏKLİF

Admin

Ceyhun Bayramov fransalı həmkarını Ermənistanın talançılıq siyasəti barədə məlumatlandırıb

Admin

Şərh yazın