Image default
HÜQUQ

Bu gün general Rövşən Əkbərovun məhkəməsi keçiriləcək

Bu gün qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayır

Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşdırılıb.

Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04:00 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Kateqoriya üzrə digər xəbərlər

Novruzda amnistiya aktı qəbul edilsin – TƏKLİF

Admin

Abel Məhərrəmova qarşı 800 minlik məhkəmə prosesi – VİDEO

Admin

Ötən il təltif olunan Baş Prokurorluq əməkdaşlarının sayı açıqlandı

Admin

Bakıda elektrovozla vurularaq ölən şəxslə bağlı cinayət işi başladı

Admin

Vəkillər ağlabatan miqdarda cərimə edilə bilər – DƏYİŞİKLİK

Admin

Baş Prokurorluq: Mixayil Quliyev həbs edilib

Admin

Şərh yazın