Image default
DÜNYA

Bolqarıstan rusiyalı diplomatları yenidən arzuolunmaz şəxs elan etməyə hazırlaşır

Bolqarıstan casusluq işinə görə növbəti dəfə rusiyalı diplomatları “persona non qrata” elan etməli olacaq.

Bunu ölkənin baş naziri Boyko Borisov bildirib.

“Növbəti dəfə Rusiya diplomatlarını arzuolunmaz şəxs elan etməli olacağıq”, – baş nazir belə deyib.

Bununla yanaşı, Borisov qeyd edib ki, Moskva və Sofiya bir sıra sahələrdə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayacaq.

“Bolqarıstan öz milli təhlükəsizliyini qətiyyətlə müdafiə etməkdə davam edəcək”, – deyə baş nazir əlavə edib.

Bundan əvvəl Bolqarıstan Baş Prokurorluğu Rusiyanın lehinə casusluq etməkdə şübhəli bilinən bir qrup şəxsə qarşı məhkəmə istintaqının başladıldığını elan edib. Rəsmi qurumlar ölkənin milli təhlükəsizliyi ilə əlaqəsi olan və “məxfi məlumatları başqa dövlətə ötürdükləri” iddia edilən altı ölkə vətəndaşına qarşı ittiham irəli sürüblər. Onlardan beşi 72 saat ərzində saxlanılıb, biri isə girov müqabilində sərbəst buraxılıb.

Kateqoriya üzrə digər xəbərlər

Yəhudi nazir: Bu əraziləri işğal etsək… – Video

Admin

Makron Türkiyəni hədələdi: “Təhlükəli oyun oynayırlar”

Admin

İzmirdə dağıntıların altında qalan uşaq: “Qardaş, sən getmə…” – VİDEO

Admin

İsrail İranın nüvə obyektində partlayış törədib? – İDDİA

Admin

Qazaxlar Azərbaycanın tərəfindədir!

Admin

Ankara-Paris GƏRGİNLİYİ: Fransa qırıcılarını göndərdi

Admin

Şərh yazın