Image default
DÜNYA SƏHİYYƏ

BMT nümayəndəsi: “Məqsəd Azərbaycanda dayanıqlı inkişafı təmin etməkdir”

“Pandemiya bütün dünyada dayanıqlı inkişafa mənfi təsir etdi. Biz post-COVID dövründə səylərimizi birləşdirməliyik”.

Bunu BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin rəhbəri Alessandro Frakassetti “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün əsas məqsədlərdən biri Azərbaycanda dayanıqlı inkişafı təmin etməkdir:

“2020-ci il koronavirus pandemiyası və müharibə Azərbaycanda iqtisadiyyatın bütün sahələrinə mənfi təsir etdi”.

O qeyd edib ki, Azərbaycanda hökumət iqtisadiyyatın ənənəvi sahələrini gücləndirmək, yaşıl iqtisadiyyat üçün mühüm addımlar atılıb:

“Yaşıl artım üçün Azərbaycanda inanılmaz fürsət yaranıb. Vahid, milli maliyyələşmə layihəsi çərçivəsi xüsusi bir mexanizm olacaq ki, dayanıqlı inkişaf təmin edilsin. Biz qlobal strateji tərəfdaş olaraq, BMT, Avropa İttifaqı, Dünya Bankı da bu layihələrə veriblər”.

Kateqoriya üzrə digər xəbərlər

ABŞ sanksiyalara görə 15 İran vətəndaşını həbs etdi

Admin

Almaniyada naməlum şəxs soyuq silahla insanlara hücum edib: Yaralılar var

Admin

Ermənistanda qalmaqallı seçki davam edir: Partiyaların nümayəndələri bir-birinə girdi, atəş açıldı

Admin

Bu gündən Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlayır

Admin

Azərbaycanlı aktyor karantinə alındı – FOTO

Admin

Hindistanda faciə: Yük maşını yatan insanların üstünə aşdı

Admin

Şərh yazın