Image default
HADİSƏ / CİNAYƏT

“BİZON energy”nin YALANI ÜZƏ ÇIXDI: hamını aldadıblar, əslində… – Nazirlik HƏRƏKƏTƏ KEÇDİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətindən   verilən məlumata görə, enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmalar davam edir.

Araşdırmaların ilkin nəticələrinə görə, “Avrora” MMC tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Qeyd edək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Dövlət Xidməti istehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Kateqoriya üzrə digər xəbərlər

Kürdəmir sakini otlaq sahəsindən həmkəndlisinin heyvanlarını oğurladı – VİDEO

Admin

Bakıda evdə partlayış olub, bir nəfər xəsarət alıb

Admin

Azərbaycanda mülk üstündə silahlı toqquşma – 1 nəfər öldü, daha 2 nəfər…

Admin

Azərbaycanın məşhur futbolçusu koronavirusdan vəfat etdi

Admin

Arvadını beşinci mərtəbədən atan Ramiz Taxveli barədə QƏRAR VERİLDİ

Admin

Meşədə narkotik əkən şəxs saxlanıldı

Admin

Şərh yazın