Image default
HADİSƏ / CİNAYƏT

Biləsuvarda avtomobildən külli miqdarda narkotik aşkarlandı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri M.Həsənli və tanışı Ə.Abdullayev sonuncuya məxsus avtomobildə Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Şöbədə onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 860 qram narkotik vasitə heroin və 257 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda evakuator piyadanı vurub – FOTO

Admin

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki… – “Emin 444”ün qətli

Admin

Qəbələdə keçmiş məhkum yenidən oğurluq üstündə tutuldu

Admin

Lerikdə karantini pozanlar cərimələndi

Admin

Hərbi formada azad edilmiş ərazilərə qanunsuz keçməyə çalışanlar tutuldu

Admin

DİN əməliyyat keçirdi: 20 narkotacir tutuldu – FOTO/VİDEO

Admin

Şərh yazın