Image default
HƏRBİ

Beş saat düşmənlə təkbətək döyüşən, ermənilərə qan udduran Mübariz İbrahimov

Bu gün Milli Qəhrəman İbrahimov Mübariz Ağakərim oğlunun şəhid olmasından 11 il ötür.

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub.

1994-cü ildə şəhidimiz M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib.

Təsdiq edilməmiş versiyalara görə, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov təkbaşına Ermənistanla o zamankı cəbhə xəttindəki bir kilometrlik minalanmış sahəni keçib.

Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək, beş saat onlarla təkbətək döyüşüb. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında döyüşdə qəhrəmancasına həlak olub.

Onun nəşi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 2010-cu il 27 oktyabr tarixli Birgə Bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da doğma Vətənə gətirilib.

Prezident İlham Əliyev həmin il Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib.

Milli Qəhrəman Mübariz İbrahimov İkinci Fəxri xiyabanda dəfn edilib.

Kateqoriya üzrə digər xəbərlər

Ermənilərin Mehri iddialarına FAKTLARLA CAVAB – FOTO

Admin

Kəmaləddin Heydərov: “Dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq”

Admin

Düşmən bayrağını endirən “Daşaltı Qartalı” qazi oldu – VİDEO

Admin

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı

Admin

İlham Əliyev daha 23 kəndimizin işğaldan azad olunduğunu bəyan etdi – FOTO

Admin

Hərbçilər üçün hazırlanan konservlər satışa çıxarılıb? – AÇIQLAMA

Admin

Şərh yazın