Image default
HƏRBİ

Beş bacının tək qardaşı olan şəhid Əli Cəfərovun doğum günüdür – VİDEO

Bu gün Vətən Müharibəsi şəhidi Əli Cəfərovun şəhadətindən sonra ilk doğum günüdür.

Əli Cəfərov 1993-cü ildə Astara dünyaya göz açıb. Beş bacının tək qardaşı kimi böyüyüb.

O, Astara rayon Uşaq-Gənclər İdman Məktəbində sərbəst güləşlə də məşğul olub.

2011-13-cü illərdə kəşfiyyatçı kimi hərbi xidmət keçib.

Vətən müharibəsinə könüllü qatılan Əli Cəfərov Talış və Suqovuşanın, Murovdağ yüksəkliyinin alınmasında misilsiz şücaət göstərib.

Elə Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 2020-ci ilin 4 noyabr tarixində doğulduğu kənddə – Astara rayonunun Maşxan kəndində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Kateqoriya üzrə digər xəbərlər

Şəhidlərimizin xatirəsinə mahnı həsr olundu – VİDEO

Admin

Pentaqon 20 dövlətdə hərbi obyektlər tikəcək

Admin

Düşmən Tərtərdə yaşayış evinə top atdı: Ölən var – RƏSMİ

Admin

Düşmənin digər atəş nöqtəsi də yerləyeksan edildi – VİDEO

Admin

Tərtərdə düşmən təxribatı davam edir – VİDEO

Admin

Ermənilər özlərini biabır etdi – FOTO

Admin

Şərh yazın