Image default
HADİSƏ / CİNAYƏT

Batumidəki uçquna görə təqsirləndirilən Azərbaycan vətəndaşının məhkəməsi oldu

Gürcüstanın Batumi şəhər məhkəməsində yaşayış binasında uçqunun baş verməsi ilə bağlı saxlanılan üç şəxsin məhkəməsi keçirilib.

Məhkəmədə tərəflərin arqumentləri dinlənilib.

Hər üç şəxs ölüm və ağır nəticələrə səbəb olan tikinti işlərinin aparılmasında texniki və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulmasında ittiham olunublar.

İstintaqla müəyyən olunub ki, Z.Budaqovun çökmüş binanın birinci mərtəbəsindəki mənzilində apardığı təmir-bərpa işləri zamanı dayaq divarların sökülməsi həyata keçirilib. Surmanidzelər təmirə cəlb olunan işçilərdir.

Z.Budaqovun vəkili Ramin Papidze deyib ki, baş vermiş uçquna müdafiə etdiyi şəxsin mənzilində aparılan təmir işlərinin səbəb olmasına dair ekspert rəyi yoxdur. Onun sözlərinə görə, hadisənin baş vermə səbəbini yalnız mühəndis ekspertizası müəyyən edə bilər. Vəkil ekspertiza rəyi olmadan Z.Budaqovun həbs edilməsini qanunsuz adlandırıb.

Belə ki, ittiham olunan Zaur Budaqov və digər iki şəxs – ata – oğul Hüseyn və Giorgi Surmanidze barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə şəhər məhkəməsi qərar qəbul edib.

Hər üç şəxsin günahı sübuta yetirilərsə, onları 2 ildən 5 ilədək həbs gözləyir.

Xatırladaq ki, oktyabrın 8-də Batumidə yeddimərtəbəli yaşayış binasının bir blokunda baş vermiş çökmə zamanı üçü uşaq olmaqla doqquz nəfər ölüb. Faciə ilə bağlı bu gün Gürcüstanda matəm günüdür.

Kateqoriya üzrə digər xəbərlər

Sumqayıt sakini narkotik vasitənin təsirindən ölüb

Admin

Tank avtodaşıyıcıdan yolun ortasına düşdü – VİDEO

Admin

Azərbaycanda kişi arvadını döyərək öldürdü

Admin

Abşeronda avtomobil oğrusu ələ keçdi – VİDEO

Admin

Həbsdə olan jurnalist Mahir Xəttabın vəziyyəti necədir? – AÇIQLAMA

Admin

Bloger Məhəmməd Mirzəli erməni kanalında: Türkiyəyə və Azərbaycana qarşı danışdı – VİDEO

Admin

Şərh yazın