Image default
AZƏRBAYCAN DÜNYA

Bakıdan havaya qalxan təyyarə İrəvanı lərzəyə gətirdi: Ermənilər son 100 ildə heç vaxt bu qədər alçaldılmamış

Ermənistanda ötən gün yayılan saxta xəbər ölkə ictimaiyyətində qalmaqala səbəb olub.

Belə ki, rəsmi Bakıdan müvafiq heç bir açıqlama və bəyanat olmadığı halda Ermənistan tərəfində Bakıdan gələcək “əsirləri” qarşılamağa hazırlaşıblar. Əslində Bakıdan Ermənistana təyyarə gəlib, lakin həmin təyyarədə erməni valideynlərin gözlədiyi kimi “əsirlər” yox, Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov olub.

Ermənilər bəlkə də ilk dəfə qarşılarında rusiyalı generalı görmələrinə bu qədər məyus olub, qəzəbləniblər.

Nə qədər maraqlı olsa da, bir daha xüsusilə qeyd edək ki, rəsmi Bakıdan müvafiq addımla bağlı heç bir bəyanat verilməyib. Yəni Azərbaycan tərəfi Ermənistana “əsir” qaytarılacağı ilə bağlı bir elan verməyib, həmin gün üzərinə belə bir öhdəlik götürməyib. Lakin nədənsə Ermənistanda valideynlərə övladlarının qaytarılacağı bildirilib.

Hava limanından əliboş qayıdan valideynlər isə müharibədə itkin düşən əsgərlərin yaxınlarına qoşulub və Ermənistan Müdafiə Nazirliyi binasını mühasirəyə götürüb.

Bir çox erməni aktivistlər, blogerlər sözügedən məsələni Ermənistan hakimiyyətinin manipulyasiyası kimi qiymətləndirib və “rəsmi aldatma” adlandırıb.

AntiFake.am nəşri isə “əsirlərin qaytarılması” məsələsinin hökumət dairələri tərəfindən bilərəkdən ortaya atıldığını üzə çıxarıb. Əvvəlcə Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyanın arvadına məxsus freenews.am saytı bu iddianı səsləndirib, daha sonra baş nazirin müavini səviyyəsində hökumətyönümlü mətbuat orqanlarına fakt təsdiqlənib. Sözügedən feyk bilərəkdən sürətlə informasiya məkanında yayılıb.

Nəşr bu hadisənin baş nazir Nikol Paşinyanın seçki öncəsi “ucuz piar” cəhdi olduğunu iddia edib.

Erməni ictimai fəal Mihran Akopyan isə hadisədə yenə də Ermənistan hökumətini günahlandırıb və ermənilərin son 100 ildə heç vaxt bu qədər alçaldılmadığını bildirib.

Blogerlər həmçinin hökumətin kapitulyant kimi masada söz sahibi ola bilməyəcəyini vurğulayıblar.

Xatırladaq ki, ermənilərin gözlədiyi “əsirlər” üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisində saxlanılmış terrorçulardır.

Kateqoriya üzrə digər xəbərlər

Dərhal bizə deyilməlidir ki, Ermənistan… – İlham Əliyev

Admin

Fəxrəddin Manafovun SON DURUMU

Admin

Hər il Zəfər Günü iş olmayacaq – VİDEO

Admin

Çernobıl faciəsinə görə əlilliyin müəyyən edilməsi kriteriyaları dəyişdirilir

Admin

Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb

Admin

Putin Rusiyadakı etirazlara münasibət bildirdi – VİDEO

Admin

Şərh yazın