Image default
HADİSƏ / CİNAYƏT TƏHSİL

Bakıdakı özəl məktəbdə dava düşdü – VİDEO

Sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Landau School” özəl məktəbinin həyətində mühafizəçi və valideyn arasında insident baş verib.

“Landau School” məsələ barədə   açıqlama verib.

Məktəbdən bildirilib ki, sentyabrın 29-da “Landau School”un “Bayıl” korpusunun həyətində xoşagəlməz hadisə baş verib:

“Dava valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında baş verib. Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə (məktəbin daxili qaydalarına uyğun olaraq, hər bir valideyn/qəyyum dərsdən sonra şagirdi götürmək üçün öz şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir) məktəbin bütün şagirdlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edən qaydalarını nəzakətli şəkildə bildirib. Müvafiq kartın olmasının və digər çıxışdan istifadənin zəruriliyi barədə xəbərdarlığa baxmayaraq, anası şagirdi turniketin altından keçirərək aparıb.

Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı “ədəbsiz davranış”da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib”.

“Nəticədə Vətən müharibəsi zamanı Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasında iştirak etmiş məktəb əməkdaşına tibbi yardım göstərilməsi zərurəti yaranıb. Həm hadisənin özü, həm də buna gətirib çıxaran məqamlar videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. Beləliklə, valideyn münaqişə vəziyyəti yaradıb və məktəb qaydalarını kobud şəkildə pozaraq vəziyyəti daha da ağırlaşdırıb.

Məktəb yaranmış vəziyyətdən təəssüflənir və bütün valideynlərdən şagirdlərin təhlükəsizliyinə yönəlmiş daxili qaydalara riayət etmələrini xahiş edir. Hazırda hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparırlar. İctimaiyyətə əlavə məlumat təqdim olunacaq”, – deyə məlumatda qeyd edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Oxu.Az-a bildirilib ki, yaranan insidentlə bağlı araşdırmalara başlanılıb:

“Yayılan videogörüntülərdən məlumatlıyıq. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək”.

 

Kateqoriya üzrə digər xəbərlər

Masazırda avtomobil yanıb

Admin

Almaniyada azərbaycanlı qətlə yetirilib

Admin

30 yaşlı kişi özünü asdı

Admin

Yeni tədris ili – Dərs 35 dəqiqə olacaq, bəzi günlərdə isə…

Admin

Türkiyədə fəlakət qurbanlarının sayı daha da artdı – 77 nəfərin meyiti tapılıb

Admin

Qəbul imtahanlarının nəticələri açıqlandı

Admin

Şərh yazın