Image default
HADİSƏ / CİNAYƏT

Bakıdakı DƏHŞƏTLİ HADİSƏ ilə bağlı cinayət işi başlanıldı

Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Arzu Ağalarovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılan araşdırmalarla Tahir Əlyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Arzu Ağalarovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Tahir Əliyevin tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda pul yığan saxta qazi belə tutuldu – FOTO/VİDEO

Admin

Evinin həyətində çayxana işlədən sahibkar həbs edildi – RƏSMİ

Admin

Balakən sakinindən narkotik götürüldü – FOTO

Admin

Eldar Abbasovu döyərək öldürən şəxs həbs edildi

Admin

Bir yaşlı oğlunu boğaraq öldürən ata ilə bağlı cinayət işi başladıldı – RƏSMİ + YENİLƏNİB

Admin

İndoneziyada məktəbliləri daşıyan avtobus uçuruma yuvarlandı: Azı 26 nəfər ölüb

Admin

Şərh yazın