Image default
HADİSƏ / CİNAYƏT

Bakıda yeni tikilinin divarı uçdu, üç ailə evsiz qaldı – VİDEO

Bakının Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, 115 ünvanında yerləşən bina altı ildir ki, qəzalı vəziyyətdədir.

Hazırda binada üç ailə çətin şəraitdə yaşayır.

Belə ki, 2014-cü ildə “Azər Gür” tikinti şirkətinin qonşuluqda inşa etdiyi çoxmərtəbəli binanın divarı uçaraq, bu sakinlərin yaşadığı ikimərtəbəli binanın üzərinə düşüb.

Dağıntılar altında qalan beş ailə üzvünü Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar.

Sakinlər bədbəxt hadisədən sağ çıxsalar da, bina yararsız vəziyyətə düşüb.

Bundan sonra tikinti şirkəti bir ilə yeni tikilən binada zərərçəkmişləri evlə təmin edəcəyi ilə bağlı onlarla müqavilə imzalayıb. Lakin illərdir ki, bu sakinlərin problemlərini həll edən yoxdur.

Məsələ ilə bağlı tikinti şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

Daha ətraflı Baku TV-nin süjetində:

Kateqoriya üzrə digər xəbərlər

Bakıda polisin bıçaqlanması ilə bağlı cinayət işinə başlanıldı

Admin

Oğurluq etdiyi evləri yandırmaqda şübhəli bilinən şəxs ələ keçdi – FOTO

Admin

Narkotik biznesinə böyük zərbə: Bakıda dördü qadın olmaqla 32 narkotacir saxlanılıb – FOTO/VİDEO

Admin

Saatlıda çətənə yetişdirən şəxs saxlanıldı

Admin

Qəbələdə iki avtomobilin toqquşması qadının xəsarət alması ilə nəticələndi

Admin

Karantin rejimini pozan şəxsdə narkotik maddə aşkarlandı – VİDEO

Admin

Şərh yazın