Image default
HADİSƏ / CİNAYƏT SƏHİYYƏ

Bakıda vaksinasiya saxtakarlığı ilə bağlı cinayət işi açıldı

Maştağa qəsəbəsində yerləşən 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında COVID-19 əleyhinə aparılan vaksinasiya prosesi zamanı qanunsuzluqlara yol verilməsi barədə daxil olan məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla qeyd olunan xəstəxananın vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edərək bir neçə şəxsə vaksin vurulmadığı halda vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər etməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirmələri müəyyən edildiyindən fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda inanılmaz olay: 2 uşaq anası sübh namazını qılıb, evdən qaçdı – FOTO

Admin

Bakıda musiqi məktəbindən oğurluq edən şəxslər saxlanıldı – VİDEO

Admin

DTX-dən əməliyyat: Həbs olunanlar var – VİDEO

Admin

Mərkəzi Qan Bankı əhaliyə çağırış etdi

Admin

Bakının mərkəzində soyğunçuluq – 2250 manatlıq telefonunu əlindən aldılar

Admin

Bakıda kişi dəhşət saçdı: Əvvəl oğlu və gəlinini, sonra özünü baltaladı

Admin

Şərh yazın