Image default
HADİSƏ / CİNAYƏT

Bakıda taksi sürücüsünə qarşı cinayət törədənlər tutuldu – FOTO

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində taksi sürücülərinə qarşı dələduzluq edərək onların pulunu ələ keçirən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  verilən xəbərə görə, əməliyyat zamanı Astara rayon sakinləri Şəhriyar Zülfüqarzadə və qardaşı İlkar tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların müştəri kimi əyləşdikləri taksi sürücülərinin etibarından sui-istifadə edərək onları Qaraçuxur qəsəbəsi ərazisinə sürdürdükləri və orada qeyd edilən hadisələri törətdikləri məlum olub. Onların bu yolla 20-dən artıq taksi sürücüsünün pulunu ələ keçirdikləri müəyyən edilib. Saxlanılan zaman bu şəxslərin üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb. Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Orucov şübhəli şəxs kimi saxlanılaraq Polis Bölməsinə götirilib. Onun üzərində şəxs axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus 4 patron aşkar edilib.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb. Əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində yaşayan Elvin Məmmədov tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 5 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.
Təqdim edilən hər bir faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb, adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Bu şəxslərin qanunusuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Suraxanı Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda narkotacir saxlanıldı

Admin

Türkiyədə AİLƏ FACİƏSİ: Bir ayda beş nəfər koronavirusdan öldü

Admin

Bakı kəndlərində üç uşağı ilan sancıb – RƏSMİ

Admin

Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğu atəşə tutuldu – FOTO/VİDEO

Admin

Güc strukturlarının polisə zibil atan Bakı sakinini evindən çıxarmasının görüntüləri – ANBAAN VİDEO

Admin

Bakıda evakuator piyadanı vurub – FOTO

Admin

Şərh yazın