Image default
HADİSƏ / CİNAYƏT

Bakıda silahlı şəxs tutuldu – FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, Baş İdarəyə Edqar adlı şəxsin Binəqədi rayonu Biləcəri qəsəbəsində  yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini Edqar Abdullayev Nəsimi rayonu ərazisində tutulub. Onun Biləcəri qəsəbəsində qeydiyyatda olduğu evə baxış keçirilən zaman bir ədəd “WALTER” markalı tapança, bir ədəd daraq və yeddi ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Edqar Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Gəncədə kişi qardaşının evini soydu – FOTO

Admin

Bakıda birgə intihar edən məktəbli qızlarla bağlı YENİ FAKTLAR – FOTO/VİDEO

Admin

Bakıda kişi iki azyaşlı uşaqla küçədə dilənir: “İmkanım yoxdur, saxlaya bilmirəm” – VİDEO

Admin

Azərbaycanda daha bir qadın öldürüldü

Admin

Araz çayında batan şəxsin meyiti tapıldı

Admin

Abşeronda avtomobil qadını vurdu

Admin

Şərh yazın