Image default
HADİSƏ / CİNAYƏT

Bakıda polis ad günündə qəzaya düşərək öldü – FOTO

Bakıda maşını divara çırparaq qəzaya düşən şəxsin polis əməkdaşı olduğu məlum olub.

Mayın 24-də Qaradağ Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşı Elşad Vahidov idarə etdiyi “Renault” markalı minik avtomobilini divara çırpıb. Nəticədə o, sükanın sinəsinə sıxılması nəticəsində ciyərləri zədələnərək hadisə yerində vəfat edib.

Məlumata görə, həmin gün E.Vahidovun doğum günü imiş və buna görə işdən icazə alıb. İddia olunur ki, 32-ci ad gününü dostları ilə birgə keçirən E.Vahidov spirtli içki qəbul etdikdən sonra sükan arxasına keçib.

Hərəkətdə olarkən idarəetməni itirərək Lökbatan qəsəbəsində yerləşən polis bölməsinin divarına çırpılıb. Hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

E.Vahidov evli olub, 3 övladı var.

 

Kateqoriya üzrə digər xəbərlər

Babasını və nənəsini öldürdü, qardaşının evini yandırdı

Admin

Ağdamda qoyun otaran şəxs minaya düşüb, sol ayağı amputasiya edilib – YENİLƏNİB + FOTO

Admin

Gədəbəydə avtomobil aşıb, iki qardaş xəsarət alıb

Admin

Liviyada kütləvi məzarlıqdan 208 cəsəd çıxarıldı

Admin

Ərzaq dükanında narkotik saxlayan Lənkəran sakini tutuldu – FOTO

Admin

Narkotiklə tutulan şəxsin evindən odlu silah tapıldı

Admin

Şərh yazın