Image default
HADİSƏ / CİNAYƏT MƏDƏNİYYƏT

Bakıda müğənninin bıçaqlanması ilə bağlı cinayət işi başlandı – RƏSMİ

İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə   Nizami rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

Kateqoriya üzrə digər xəbərlər

Gəncə və Hacıqabulda həyətində çətənə əkənlər tutuldu – FOTO

Admin

Əməkdar artistin nişanlı oğlundan SƏMİMİ FOTOLAR

Admin

Ermənistanda iki hakim həbs olundu – Silsilə cinayətlər törədiblər

Admin

Kürdəmirdə qəzada yaralanan kişinin vəziyyəti orta ağırdır – RƏSMİ

Admin

Sumqayıtda maşın yandı

Admin

Azərbaycanda kişi təzə paltar geyindi, 20 rükət namaz qıldı və özünü asdı: Toyundan əvvəl…

Admin

Şərh yazın