Image default
HADİSƏ / CİNAYƏT

Bakıda marketdə qəfil halı pisləşən oğlan öldü – VİDEO

Bakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisə ilə əlaqəli sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqiq olunub. Qeyd edilib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gənci oölanın ürəyi səhv masaj edilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini İradə Əliyeva “Report”a açıqlamasında bildirib ki, hadisə əlaqədar 103 çağrı mərkəzinə çağırış daxil olub:

“Çağırışdan 5 dəqiqə sonra həkim briqadası hadisə yerində olub. Həkimlərin çatanda həmin şəxs artıq çoxdan keçinmiş olub. Çağırışı verən şəxs isə vətəndaşın nə zaman keçindiyini bilinmədiyindən həkimlərimiz dərhal ürək-ağciyər reanimasiyasına başlayıb. Bu müdaxilə ölümdən keçən 3-5 dəqiqə ərzində icra olunur. Adətən bu müdaxilədə ilk olaraq güclü təkan verilir, yəni döş qəfəsinə möhkəm yumruq vurulmalıdır. Ardınca masaj edilir. Həkimlərin ətrafda adam çox olduğundan təkan vurmayıblar”.

İ.Əliyeva vurğulayıb ki, həmin şəxs uşaqlıqdan ürəklə bağlı problemi olub:

“Araşdırmalar zamanı məlum olub ki, mərhum mütəmadi şəkildə ürəyindən müalicə alıb, poliklinikada qeydiyyatda olub”. (report)

Kateqoriya üzrə digər xəbərlər

Özlərini jurnalist kimi qələmə verən agentlər aşkarlandı

Admin

Satmaq istədiyi maşının qüsurlarını sadalayan eksperti güllələdi – VİDEO

Admin

Bakıda velosiped oğrusu tutuldu

Admin

Bakıda azyaşlılar vəhşicəsinə döyüldü

Admin

Bakıda çoxmərtəbəli binada yanğın: İki nəfər zəhərləndi

Admin

Azərbaycanda film kimi qaçış: Polis postlarını dağıtdılar, tutulanda intihara cəhd etdilər – RƏSMİ AÇIQLAMA

Admin

Şərh yazın