Image default
HÜQUQ

Bakıda elektrovozla vurularaq ölən şəxslə bağlı cinayət işi başladı

Sentyabrın 19-da Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində Maarif Şükürovu elektrovoz vurub, nəticəsində o, aldığı xəsarətlərdən vəfat edib.

Bu barədə Oxu.Az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla piyada Maarif Şükürovun Səngəçal-Qaradağ dəmir yolu xəttinin Sahil qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən elektrovozla vurularaq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

​Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (yerinə yetirdiyi işlə və ya tutduğu vəzifə ilə əlaqədar dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarına riayət etməyə borclu olan şəxs tərəfindən həmin qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Əlillərin hüquqlarını pozanlar cərimələnəcəklər – MƏBLƏĞ

Admin

“Lotu Qulinin” yaxınını öldürən “Lənkəranski”nin adamı hakim qarşısında

Admin

Tofiq Yaqubluya hökm oxundu

Admin

Azərbaycanda sabiq məmurun cinayət işi məhkəməyə göndərildi

Admin

Keçmiş icra başçısının oğlunun məhkəməsi başlayır

Admin

Aygün Kazımova da hərbi xidmətə yazıldı – FOTO

Admin

Şərh yazın