Image default
HADİSƏ / CİNAYƏT

Bakıda dəniz kənarında karantin qaydalarını pozan kafe aşkarlandı – FOTO

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkar edilib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi, Post Patrul Xidməti və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayrılıqda Rəşid İsmayılov küçəsi 11-də adsız, Novxanı qəsəbəsində “Liman” kafesinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə, 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahiblərindən Elmir Xanlarov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Kateqoriya üzrə digər xəbərlər

Göyçayda iri ilan yaşayış evinə hücum edib – FOTO

Admin

Kürdə batan 14 yaşlı oğlanın meyiti tapılıb

Admin

Qardaşının şəxsiyyət vəsiqəsi ilə postu keçməyə çalışan sürücü həbs edildi – FOTO

Admin

Bakıda kişi qadın tanışını qətlə yetirdi: Özü isə intihar etdi

Admin

İnsan alveri ilə bağlı sənəd Milli Məclisdə

Admin

Oğuzda 17 yaşlı qız intihar etdi

Admin

Şərh yazın