Image default
HADİSƏ / CİNAYƏT

Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, paytaxtın Qaradağ rayonunda “Ford” markalı yük maşını “Shacman” markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan iki nəfəri və şəxsiyyəti naməlum qalan bir nəfərin meyitini deformasiyaya uğrayan “Ford” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Kateqoriya üzrə digər xəbərlər

Suraxanıda mənzildə meyit aşkarlandı

Admin

Lerikdə 5,6 kq çətənə kolu məhv edildi

Admin

Qubada yelləncəyin ipi boğazına dolaşan yeniyetmə ölüb

Admin

Ağdamda iki “Mercedes” toqquşdu, ölən var

Admin

Azərbaycanda avtomobil yolu keçən piyadanı vurdu – VİDEO

Admin

Narkotacir “Canavar” və müştəriləri ələ keçdi – FOTO

Admin

Şərh yazın