Image default
HADİSƏ / CİNAYƏT

Bakıda dəhşətli qəza baş verən yerdən yeni görüntülər – VİDEO

Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən dəhşətli qəzanın yeni görüntüləri yayılıb.

Videoda avtobusun aşması və kənarda bir neçə şəxsin meyitinin olması əks olunub.

Hadisə yerinə hüquq-mühafizə, təcili tibbi yardım, yol və post patrul xidmətlərinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib.

Yük avtomobilinin sürücüsü, 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.

 

Kateqoriya üzrə digər xəbərlər

85 yaşlı Gəncə sakini itkin düşüb – FOTO

Admin

Zaqatalada BMW yandı

Admin

Tovuzda dəhşət: Kişi özünün və oğlunun evini yandırdı

Admin

Yük gəmisində dəhşət: Gübrə konteynerində biletsiz insanların cəsədləri aşkarlandı – FOTO

Admin

Türkiyədə qızı zorla ərə vermək istədilər, polis çağırdı – FOTO

Admin

Bakıda polisin “saxla” əmrinə tabe olmayan sürücüdən ağlasığmaz hərəkət – VİDEO

Admin

Şərh yazın