Image default
HADİSƏ / CİNAYƏT

Bakıda dəhşətli qətl: Taksi sürücüsü iki qardaşı bıçaqladı – YENİLƏNİB + FOTO/VİDEO

Sentyabrın 22-i saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Kamil Cəfərovun öldürülməsi, qardaşı 2001-ci il təvəllüdlü Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişlərin tanışı, 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

09:22

Bakıda taksi sürücüsü ofisiantı qətlə yetirib, onun qardaşını isə bıçaqlayıb.

Belə ki, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsi, 28 May küçəsində qeydə alınmış hadisə zamanı taksi sürücüsü 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlunu və onun qardaşı, 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlunu bıçaqlayıb.

Qardaşlar ara küçədən əsas yola çıxaraq ətrafdakılardan kömək istəməyə çalışıb. Lakin K.Cəfərov qanaxmadan yolda dünyasını dəyişib. S.Cəfərov isə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hər iki qardaş Lökbatanda iaşə obyektində ofisiant işləyib.

 

 

Kateqoriya üzrə digər xəbərlər

Varşavada azərbaycanlı gənclərə hücum olub

Admin

Bakıda dəhşət – piyada avtomobillərin arasında qaldı, komaya düşdü

Admin

Bakıda mənzildən 52 yaşlı qadının meyiti tapıldı

Admin

32 yaşlı qadın intihar etdi

Admin

Bakıda birmərtəbəli evdə yanğın

Admin

DİN-dən Yasamalda əməliyyat: Narkotacirlər və qadın oğru ələ keçdi – FOTO/VİDEO

Admin

Şərh yazın