Image default
HADİSƏ / CİNAYƏT

Bakıda DƏHŞƏT: Altı yaşlı uşaq evdə yanaraq öldü

Bakıda yanğın baş verən mənzildə altı yaşlı uşağın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Pirallahı rayonunda yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 215 kvadratmetr olan birmərtəbəli, beşmənzilli binanın (taxta konstruksiyalardan ibarət ümumi həyət tipli ev) yanar konstruksiyaları ümumilikdə 155 kvadratmetr sahədə yanıb.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən iki nəfər bina sakini xilas edilib. Yanğının kəşfiyyatı zamanı 2015-ci il təvəllüdlü Ələsgərov Emil Elkin oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparır.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda iki qardaş 30 min manatlıq oğurluq etdi – FOTO/VİDEO

Admin

Polis Bakıda əməliyyat keçirdi: Keçmiş məhkumun evindən çıxanlar ŞOK ETDİ

Admin

Qubada silsilə oğurluqlar edən şəxs saxlanıldı

Admin

Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan qadın yaxalandı

Admin

44 yaşlı kişi sirkə turşusundan zəhərləndi

Admin

Anasını güllələyən oğul SAXLANILDI

Admin

Şərh yazın