Image default
HADİSƏ / CİNAYƏT TƏHSİL

Bakıda beş nəfərin ölümünə səbəb olan tələbə hansı universitetdə oxuyur?

Ötən gün Bakıda beş nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub.

Universitetdən  verilən məlumata görə, M.Əzizov dəhşətli hadisədən bir gün qabaq, yəni oktyabrın 12-də universitetdə olub:

“M.Əzizov universitetimizin üçüncü kurs tələbəsi olub. Onun davamiyyətində ciddi problemlər olmayıb. Orta qiymətlərlə oxuyan tələbələrdən biri olub”.

Baş verən hadisə ilə bağlı M.Əzizovun universitetdən xaric edilib-edilməyəcəyinə dair suala cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məhkəmənin qərarından sonra yekun cavab vermək mümkün olacaq.

Qeyd edək ki, ötən gün saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

Kateqoriya üzrə digər xəbərlər

Abşeronda kişi 22 yaşlı arvadını öldürdü

Admin

Kürdəmirdə avtomobil su kanalına aşıb, ölən və yaralananlar var – FOTO

Admin

Xocavənddə yük maşını dərəyə aşdı: Sürücü öldü

Admin

Rusiyalı təlimçilər helikopterdən yerə çırpıldı – ANBAAN VİDEO

Admin

Yaşlı qadın öz cənazə mərasimində iki dəfə ölüb-dirildi

Admin

Masallıda təndirxana yandı

Admin

Şərh yazın