Image default
HADİSƏ / CİNAYƏT

Bakıda beş nəfərin ölümünə səbəb olan sürücünün 19 yaşı var imiş

Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində sərnişin avtobusuna çırpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

Həmin şəxs 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.

Qəzanı törədən şəxs artıq saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

Kateqoriya üzrə digər xəbərlər

Goranboyda 50 yaşlı qadını ilan sancdı

Admin

Goranboyda mağazadan oğurluq edənlər tutuldu

Admin

Bakı sakini artıq dozada narkotik qəbulundan öldü

Admin

Məhbuslar avtomobili yarma vərdişlərindən istifadə edərək uşağı xilas ediblər – FOTO/VİDEO

Admin

Düşmən dövlət qurumlarının binalarını atəşə tutdu: Yaralılar var – RƏSMİ

Admin

FHN: Səkkiz nəfər xilas edildi, bir nəfərin meyiti aşkarlandı

Admin

Şərh yazın