Image default
HADİSƏ / CİNAYƏT

Bakıda baş verən dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu – YENİLƏNİB + SİYAHI

Bu gün səhər saat 06:40 radələrində aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.

15:42

Bu gün səhər saatlarında Bakıda “Mercedes” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilən yaralılardan bir qisminin adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səhər saatlarında Bakıda 171 nömrəli sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən, beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb. Yaralananlardan 16 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Klinikadan Oxu.Az-a bildirilib ki, 5 xəstə reanimasiya şöbəsinə yerləşdirilib:

“Yaralılardan biri hazırda əməliyyatdadır, vəziyyəti çox ağırdır. Reanimasiyada olan 5 yaralının 4-ü qadın, biri kişidir. Onlara kəllə beyin travması, döş qəfəsinin zədələnməsi, sağ baldır ətrafının amputasiyası diaqnozları qoyulub. Digər yaralılar isə palatalara yerləşdiriliblər”.

Əldə etdiyimiz məlumata görə, yaralananlar arasında 1999-cu il təvəllüdlü Məmmədov Emin, 1984-cü il təvəllüdlü Ağayeva Aygül, 1983-cü il təvəllüdlü Həsənov Nəriman, 1979-cu il təvəllüdlü Rzayev Sərdar, 1969-cu il təvəllüdlü Əliyeva Zərifə, 1962-ci il təvəllüdlü Əsədova Mətanət, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə, 1964-cü il təvəllüdlü Nağıyeva Bağdagül, 1972-ci il təvəllüdlü Mansurova Samirə, 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz hazırda xəstəxanada müalicələrini davam etdirirlər.

Digər yaralılar 1985-ci il təvəllüdlü İbrahimov Orxan, 1986-cı il təvəllüdlü Eyvazova Samirə, 1962-ci il təvəllüdlü Hüseynov Eldar, 1993-cü il təvəllüdlü Tağıyev Surət, 1990-cı il təvəllüdlü Məmmədov Elgün, 1989-cu il təvəllüdlü Həsənova Aynurə isə həkimlər tərəfindən ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Kateqoriya üzrə digər xəbərlər

Ankarada üç gənc zəhərlənərək ölüb

Admin

Sumqayıt sakini itkin düşüb – FOTO

Admin

Bakıda “Ford” yandı

Admin

Hacıqabulda ikimərtəbəli ev əşyaları ilə birlikdə yandı

Admin

Azərbaycanda 24 yaşlı qızdan DƏHŞƏTLİ ƏMƏL – Qardaşını öldürdü

Admin

“Bir növ adətkərdə olub”: 31-ci dəfə intihara cəhd etdi – VİDEO

Admin

Şərh yazın