Image default
HADİSƏ / CİNAYƏT SƏHİYYƏ

Bakıda baş verən ağır qəzada xəsarət alanların vəziyyəti necədir?

Dünən səhər saatlarında paytaxtın Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.

1 saylı Kliniki Tibbi Mərkəzdə stasionar şəkildə müalicə alan üç nəfərin, eləcə də 3 saylı Kliniki Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən 10 nəfərin vəziyyəti stabil ağır olaraq qalır.

3 saylı Kliniki Şəhər Xəstəxanasında palatalara yerləşdirilən 6 nəfərin durumu stabildir.

Qeyd edək ki, ötən gün baş verən ağır yol nəqliyyat hadisəsi zamanı beş nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə müvafiq xəstəxanalara yerləşdiriliblər. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Kateqoriya üzrə digər xəbərlər

Xaçmazda kişi qısqanclıq zəminində arvadını bıçaqlayıb – RƏSMİ

Admin

Polisin barmağını avtomobilin şüşəsinin arasında qoyub yol ilə sürüdü – VİDEO

Admin

Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edildi

Admin

Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü – VİDEO

Admin

Bakıda avtomobil gənci vurdu

Admin

Azərbaycanda piyada qırğını: 5 nəfər maşının altında qalıb öldü

Admin

Şərh yazın