Image default
HADİSƏ / CİNAYƏT

Bakıda avtoxuliqanlıq edib, görüntülərini yayanlar ələ keçdi – FOTO/VİDEO

Bakıda avtoxuliqanlıq edərək, görüntülərini sosial şəbəkədə paylaşan şəxslər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxtın Səbail rayonu, Niyazi küçəsində nəqliyyat vasitələrində sərnişinlərin intizamsız davranışlarıyla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Müəyyən olunub ki, həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sərnişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.

Digər nəqliyyat vasitəsinin – “Kia” markalı avtomobilin sürücüsünün Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.

Həmin şəxslər Səbail RPİ 9-cu PB-yə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Səbail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayev 30 gün, Z.Cəfərov və R.Məcidov hər biri 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Kateqoriya üzrə digər xəbərlər

Bakıda müəmmalı qətl – Gecə yarısı öldürüb qaçdılar

Admin

Bakı sakini atasının qarajında özünü asdı

Admin

Hikmət Hacıyev: “Mülki şəxslərə hücum etmək hərbi cinayətdir”

Admin

İsmayıllıda 18 yaşlı gənc tanışını amansızlıqla qətlə yetirdi

Admin

Ötən gün maşınla vurulan piyada xəstəxanada öldü

Admin

Qırğızıstan-Tacikistan sərhədində atışma baş verib

Admin

Şərh yazın