Image default
HADİSƏ / CİNAYƏT

Bakıda avtomobildən 36 min dollar oğurlandı

Ötən gün Bakının Nəsimi rayonunda külli miqdarda pul oğurluğu qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Mayın 14-də, saat 16:30 radələrində 28 may küçəsində, özəl sektorda işləyən Lənkəran rayon sakini Səməndər Məmmədova məxsus “Mersedes” markalı avtomobildən 36 min dollar oğurlanıb.

Zərərçəkmişin dediyinə görə, pulları həmin vaxt maşınında olan tanımadığı bir sərnişin oğurlayıb. Hazırda 22-ci Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar.

Qeyd edək ki, ötən gün ərzində daxili işlər orqanlarının paytaxt bölmələrində əmlak oğurluğu ilə bağlı 24 fakt qeydə alınıb, onlardan 11-nin üstü açılıb.

Bundan əlavə, daha əvvəl törədilmiş dörd oğurluğun da üstü açılıb.

Ramella İbrahimxəlilova

Kateqoriya üzrə digər xəbərlər

Bakıda doqquzuncu sinif şagirdi intihar edib? – İDDİA + YENİLƏNİB

Admin

Sumqayıtda narkotik alverçisi həbs edildi

Admin

Zakir Qaralovun qardaşına cinayət işi açılıb? – AÇIQLAMA

Admin

Rusiya vətəndaşını öldürən azərbaycanlı axtarışa verilib

Admin

Lənkəranda oğul 73 yaşlı anasını bıçaqlayıb

Admin

Bakıda parkda məktəbliyə qarşı cinayət – Ağır cəza aldı

Admin

Şərh yazın