Image default
HADİSƏ / CİNAYƏT

Bakıda 31 yaşlı Turanənin dəhşətli qətli – Naqillə boğub öldürdülər

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilib.

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd edilib.

Bildirilib ki, mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb.
Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Kateqoriya üzrə digər xəbərlər

İlon Maskın “Starship”ı yenə partladı – VİDEO

Admin

Azərbaycan-İran sərhədində silahlı insident: Cinayətkar zərərsizləşdirildi – FOTO

Admin

Qara dənizin Türkiyə sularında Rusiyaya məxsus gəmi batıb – VİDEO

Admin

Həyətində narkoplantasiya salan Cəlilabad sakini tutuldu – FOTO

Admin

Bakıda Yenil il gecəsi QANLI CİNAYƏT: 34 yaşlı kişi güllələndi

Admin

İTV-nin çəkiliş avadanlıqlarını oğurlayan şəxs tutuldu – FOTO/VİDEO

Admin

Şərh yazın