Image default
HADİSƏ / CİNAYƏT

Bakıda 16 mərtəbəli bina yanğın: Xəsarət alanlar var – YENİLƏNİB + VİDEO

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Əkbər Novruzov deyib.

O bildirib ki, yanğın yaşayış binasının şaxtasında elektrik kabellərində yaranan qısaqapanma səbəbindən baş verib:

“Çoxfunksiyalı binanın şaxtasından keçən elektrik kabellərində baş verən qısaqapanma nəticəsində 50 metrə yaxın elektrik kabeli yanıb. Eyni zamanda bina sakinlərinə məxsus elektrik sayğacları əriyib. Onların sayları dəqiqləşdirilir.

Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib, aidiyyəti üzrə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Daha 5 nəfər və bizim əməkdaşlar arasında istinin təsirindən halsızlıq yaşayanlar olub. Binadan 40 nəfərdən çox vətəndaş təxliyə edilib”.

16:12

Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində beş nəfər xəsarət alıb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.

Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.

Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsinin olmadığı bildirilir.

Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyəti qurumların nümayəndələri ilə binadakı vətəndaşları təxliyə ediblər.

15:52

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.

 

Kateqoriya üzrə digər xəbərlər

Abşeronda zəncirvari qəza: Üç maşın toqquşdu, bir nəfər ağır xəsarət aldı – FOTO

Admin

İspaniyada reperin tutulmasına görə iğtişaşlar: 30 yaralı

Admin

Bakıda dəhşətli hadisə – 8 yaşlı uşaq öldü

Admin

Qazaxda kanala düşən kişinin meyiti Ağstafada tapılıb – YENİLƏNİB

Admin

Tovuzda 6 tona yaxın narkotik məhv edilib

Admin

Ötən il Azərbaycana ekstradisiya olunan məhkumların sayı açıqlandı – RƏSMİ

Admin

Şərh yazın