Image default
HADİSƏ / CİNAYƏT

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən “Kalaşnikov” aşkar edilib – FOTO/VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş Vasif Qəmbərovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs qısa zamanda Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində saxlanılıb. Polis İdarəsində onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd sandıqça və 6 ədəd patron aşkar olunaraq götürülüb.

Vasif Qəmbərov silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşlarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Vasif Qəmbərovu barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bizimlə

Kateqoriya üzrə digər xəbərlər

Bakıda marketin kassasından oğurluq edildi

Admin

Ləğv edilmiş MTN-in generalları niyə həbs edildi?- Baş Prokurorluq səbəbləri açıqladı

Admin

Azərbaycanda yanacaqdoldurma məntəqəsində partlayış: Yaralılar var – YENİLƏNİB

Admin

Bulvarda özünü dənizə atan qız xilas edildi – VİDEO

Admin

Bakının mərkəzində qorxunc hadisə – FOTO

Admin

Bakıda üç dost bıçaqlanıb

Admin

Şərh yazın