Image default
TƏHSİL

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni kadr təyinatları olub – FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) bir sıra vəzifələrə yeni təyinatlar həyata keçirilib.

Təhsil nazirinin əmrinə əsasən, Kamran Əliyev BŞTİ-nin Hüquq sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər K.Əliyev Peşə Təhsili üzrə Dövlət Agentliyində və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Təhsil nazirinin digər əmrinə əsasən, Tural Mahmudov BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə təyin olunub.

Bu təyinata qədər T.Mahmudov Gədəbəy Rayon İcra Hakimiyyətində baş məsləhətçi, “VF Azərkredit” MMC-nin Gədəbəy filialında kredit mütəxəssisi, Təhsil İnstitutunun strateji təhlil şöbəsində aparıcı mütəxəssis və S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada direktor müavini vəzifələrində çalışıb.

Həmçinin təhsil nazirinin əmrinə əsasən, Fuad Əsgərov İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər F.Əsgərov daxili işlər və fövqəladə hallar orqanlarında, BŞTİ-də müxtəlif vəzifələrdə çalışıb.

 

Kateqoriya üzrə digər xəbərlər

Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı – RƏSMİ

Admin

Bakıda erməni dili kursunun təşkilinə başlanılır

Admin

Məktəblərdə dərslərin müddəti və şagirdlərin sayı azaldılsın – EKSPERT TÖVSİYƏSİ

Admin

Kəndlərdə də şagirdlər artıq STEAM layihəsinin imkanlarından faydalanırlar – VİDEO

Admin

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

Admin

Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi asanlaşdı – VİDEO

Admin

Şərh yazın