Image default
TƏHSİL

Bakı məktəblərinin qızıl və gümüş nişanla təltif olunan şagirdlərinin sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 21-i qızıl, 8-i gümüş nişana layiq görülüb.

İdarədən verilən məlumata görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 60 (2 nəfər), 67, 86, 106, 111, 135, 149, 225, 244 (2 nəfər), 281 (2 nəfər), 287, 288, 314 nömrəli tam orta məktəblərin, 83, 220 nömrəli məktəb-liseylərin (4 nəfər) və Texniki Humanitar Liseyin şagirdləri qızıl, 60, 115, 215, 269, 326 nömrəli tam orta məktəblərin, 62 nömrəli məktəb-liseyin və 160 nömrəli Klassik Gimnaziyanın (2 nəfər) şagirdləri isə gümüş medalla təltif edilib.

Qeyd edək ki, namizədlər qızıl və gümüş nişana Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.

Kateqoriya üzrə digər xəbərlər

Ali məktəblərə sənəd qəbulu başlayır

Admin

Magistr olmaq istəyənlərin NƏZƏRİNƏ: Seçim bu gün başa çatır

Admin

DİM-də TOEFL imtahanları keçiriləcək

Admin

TƏBİB-dən dərslərin başlaması barədə açıqlama

Admin

Emin Əmrullayev rayon məktəblərindəki vəziyyətə aydınlıq gətirdi

Admin

Məktəbdəki kadr sıxlığı hesaba alınmadan müəllimlərin əmək müqaviləsi müddəti uzadılır – RƏSMİ

Admin

Şərh yazın