Image default
İQTİSADİYYAT

Babək Əliyevin 127 min manatı geri qaytarıldı

Bakı şəhər sakini Babək Əliyevin 127 min manat pulunun biznes qurmaq adı ilə Quliyev Sirac Kazım oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı müraciətinə Suraxanı rayon prokurorluğunda baxılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, rayon prokurorluğunda müraciət əsasında cinayət işi başlanaraq aidiyyatı üzrə istintaq edilməsi üçün Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, istintaqın yekunlaşdırılaraq cinayət işinin məhkəməyə göndərilməsi və eləcə də vətəndaşa dəymiş zərərin ödətdirilməsi təmin edilib.

Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Babək Əliyevin qardaşı Rafiq Əliyev Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Kateqoriya üzrə digər xəbərlər

Pensiya alanlara BÖYÜK MÜJDƏ: ARTIRILACAQ – RƏSMİ

Admin

Kapital Bank yeni İnşaatçılar filialını istifadəyə verdi

Admin

Bu şəxslərə 265 MANAT PUL VERİLƏCƏK – Baş nazir İMZALADI/VİDEO

Admin

BDU-nun tələbəsi Lütfi Zadə adına təqaüdə layiq görüldü

Admin

Banklar dollar satışına məhdudiyyət qoydu: Manat ucuzlaşacaq? – VİDEO

Admin

Azərbaycanda ictimai nəqliyyatda İLK – Bank kartı ilə ödəniş

Admin

Şərh yazın