Image default
AZƏRBAYCAN DÜNYA

Bəzi ölkələrdən Azərbaycana toyuq əti və yumurta gətirilməsi qadağan olundu

Bir neçə ölkədən Azərbaycana toyuq əti və yumurta gətirilməsinə məhdudiyyət qoyulub.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, İsrail Dövlətinin Şimal, Mərkəz dairələrində xırdabuynuzlu heyvanların taun xəstəliyi, Rusiya Federasiyasının Yaroslavl vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Kot-d’İvuar Respublikasının Komoe rayonunda, Benin Respublikasının Veme inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Estremadura muxtar icmasında süngərvari ensefalopatiya xəstəliyi, Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsində Nyukasl xəstəliyi qeydə alınıb.

İsrail Dövlətinin Şimal və Mərkəz dairələrindən diri xırdabuynuzlu heyvanların, onlara aid ət-sümük unu, süd və süd məhsulları, trofeylər, dəri, yun, tük, genetik materialların, İspaniya Krallığının Estremadura muxtar icmasından bütün növ diri iribuynuzlu kənd təsərrüfatı heyvanları və onlara aid məhsulların, genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Yaroslavl vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, genetik materialların, Kot-d’İvuar Respublikasının Komoe rayonundan, Benin Respublikasının Veme inzibati ərazi vahidindən və Rusiya Federasiyasının Xantı-Mansi muxtar dairəsindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsrail Dövlətindən, Rusiya Federasiyasından, İspaniya Krallığından, Kot-d’İvuar Respublikasından, Benin Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Kateqoriya üzrə digər xəbərlər

Məleykə Abbaszadə ombudsmanın müraciətinə cavab verdi

Admin

Tanrıverdi Mustafayevə vəzifə verildi

Admin

3 polkovnik-leytenant HƏBS EDİLDİ: Gizli şəkildə…

Admin

Astarada gizli təşkil olunan nişan mərasimi aşkarlandı

Admin

Amerikalı diplomatdan SENSASİON MÜSAHİBƏ: Türk ordusunun Azərbaycana gəlməsi NATO-nun…

Admin

Nazirlər Kabinetinin aparat rəhbərinin ailəsində FACİƏ

Admin

Şərh yazın