Image default
HƏRBİ

Azad edilmiş ərazilərdə xidmət edən hərbçilərin maaşlarına əlavələr veriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilir.

Müəyyən edilir ki, Azərbaycan Respublikası Prezidentinin əlavəsi hərbi qulluqçuların hərbi xidmət müddəti və xidmət yeri nəzərə alınmaqla bu Sərəncamın Əlavəsinə uyğun olaraq aylıq vəzifə maaşlarının 20–60 faizi həcmində 5 il müddətində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir.

Kateqoriya üzrə digər xəbərlər

Müdafiə Nazirliyi şəxsi heyətin təminatı ilə bağlı məlumat yaydı – VİDEO

Admin

Düşmən təxribatına məruz qalan Tərtərdən son görüntülər – VİDEOREPORTAJ

Admin

DSX-nin həlak olan hərbçilərinə şəhid statusu veriləcək – ÖZƏL

Admin

Müdafiə Nazirliyi gecə cəbhədə baş verənlərlə bağlı MƏLUMAT YAYDI

Admin

Azərbaycan hərbi gücünə görə Cənubi Qafqazda liderdir – FOTO

Admin

Fransada erməni lobbisinə böyük zərbə: Cəbhədə düşmən təxribatı ilə bağlı reportaj yayımlandı – VİDEO

Admin

Şərh yazın